• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    01:08 21 iyul 2020

Erməni təxribatına növbəti etiraz aksiyası Romada keçirilib - FOTO - VİDEO


İtaliyada yaşayan soydaşlarımız tərəfindən paytaxt Roma şəhərində Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycana qarşı təxribatına etiraz olaraq aksiya keçirilib.

Bu barədə APA-ya aksiyanın təşkilatçılarında biri Vüqar Dosməmmədov bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları, eyni zamanda, düşmən təxribatının qarşısını ləyaqətlə alaraq onu yerində otuzduran Ordumuza dəstək nümayiş etdiriblər.

“Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” və s. vətənpərvər şüarlar səsləndirən soydaşlarımız paytaxt sakinlərinə Qarabağ həqiqətlərini çatdıraraq, Ermənistan hakimiyyətinin məkrli, işğalçılıq siyasətini ifşa ediblər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR