• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:19 20 iyun 2019

Ermənilərin təmas xəttində törətdiyi yanğın qəbiristanlığa keçib - VİDEO

Ağdamda qəbiristanlıqda yanğın baş verib.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ermənilərin Ağdamın işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək, təmas xəttində yerləşən Qərvənd kənd məzarlığını da əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR