• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:27 24 oktyabr 2020

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir - FOTO - VİDEO

Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb.

APA-nın təqdim etdiyi həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir.

Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları - BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını - açıq şəkildə pozur.

Qeyd edək ki, Ermənistan KİV-lərdə ordunun, həmçinin, ərzaq, hərbi geyim, tibbi ləvazimatlar və s. təchizat növlərindən korluq çəkməsi ilə bağlı kifayət qədər materiallar dərc edilməkdədir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR