• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    00:57 5 iyun 2019

Ermənistan hərbçiləri təmas xəttində yenidən yanğınlar törədiblər

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində yenidən yanğınlar törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Şıxlar kəndi ərzisində ermənilərin törətdiyi yanğın daha geniş ərazilərə yayılıb.

Alov qoşunların təmas xəttinə də keçib. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, neytral ərazilərdə yanğın zamanı tez-tez partlayış səsləri eşidilib. Yanğın zamanı partlayışa səbəb olan vaxtilə qoşunların təmas xəttində basdırılmıştank əleyhinə minalardır.

Baş Qərvənd kənd ərazi nümayəndəsi APA-ya müsahibəsində bildirib ki, ermənilərin törətdikləri yanğından sonra baş verən partlayış zamanı yırtıcı heyvanların cəbhəyanı yaşayış məntəqələrinə axını müşahidə olunub: “Kəndin 80 faiz ərazisi erməni nəzarətindədir. Müşahidə olunan yanğın isə cəbhə xətti boyunca onlarla klometr əraziyə yayılıb. Bizim narahatçılığın əsas səbəbi isə hazırda taxıl sahələrində biçinin başlamasıdır. Bir qığılcım, bir illik məhsulumuzun bir anda məhv olmasına səbəb ola bilər. Biz və rayon polis şöbəsinin əməkdaşları nəzarəti gücləndirmişik. FHN-in Qarabağ regional İdarəsinin əməkdaşları da bizimlə sıx əlaqə saxlayır. Çalışacağıq ki, məhsul itkimiz olmadan taxıl zəmilərindən məhsulumuzu götürək.

Habil

Teqlər:

SON XƏBƏRLƏR