Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır - [color=red]İƏT[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 17:47 22 Oktyabr 2020

Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır - İƏT

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, İƏT Azərbaycanla həmrəydir.

Təşkilat Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı hücumları dərhal dayandırmağa çağırıb, Ermənistan ordusunun mülki əhalini atəşə tutması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. 

İƏT-in və BMT TŞ-nin qətnamələri xatırladılaraq Ermənistandan öz hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması tələb olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR