• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:07 28 avqust 2019

Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçirir

Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusu iri çaplı artilleriya silahlarından istifadə etməklə Ağdam rayonunun Uzundərə adlanan ərazisində atışlara başlayıb. Bu gün səhər saat 11 radələrindən başlayan hərbi təlimlərdə artilleriyadan açılan atəş səsləri cəbhə ətraflı kəndlərdə eşidilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR