Ermənistan silahlı qüvvələri pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi pozub
  • DAĞLIQ QARABAĞ

  • 10:03 19 Avqust 2020

Ermənistan silahlı qüvvələri pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər vertir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Acarlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ONA

Teqlər: atəşkəs

OXŞAR XƏBƏRLƏR