Parisdə rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan fransalı həmkarı Jan-İv Le Drianla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
ONA “News.am”a istinadən xəbər verir ki, görüş zamanı Z.Mnatsakanyan Jan-İv Le Driana Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Moskvada baş tutan görüşün detalları haqda məlumat verib.
Tərəflər münaqişənin sülh yolu ilə həllinə təkan verə biləcək münbit şəraitin yaradılmasının əhəmiyyətini vurğulayıblar.
Rəna Ağayeva
Teqlər: Dağlıq Qarabağ Zöhrab Mnatsakanyan Jan-İv Le Drian bütün xəbərlər