Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 20:53 15 Avqust 2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR