Ermənistanın təcavüzü nəticəsində ziyan görmüş 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb
  • DAĞLIQ QARABAĞ

  • 12:08 27 Yanvar 2021

Ermənistanın təcavüzü nəticəsində ziyan görmüş 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb

“Bildiyimiz kimi, 27 sentyabrdan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb: “Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb”.

M. Hümmətov Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində yanvarın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verildiyini bildirib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR