MN: Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar ordumuz tərəfindən nəzarətə götürülüb
  • DAĞLIQ QARABAĞ

  • 20:19 11 İyun 2020

MN: Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar ordumuz tərəfindən nəzarətə götürülüb

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR