Əsirlikdən sonra reabilitasiya olunan Yəhya Abdinov ailəsinə dönüb
  • DAĞLIQ QARABAĞ

  • 22:58 30 Dekabr 2020

Əsirlikdən sonra reabilitasiya olunan Yəhya Abdinov ailəsinə dönüb

Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Vətən Müharibəsində yaralanaraq ermənilər tərəfindən əsir götürülən Hacıqabul rayonunun Ağacanlı kənd sakini, hərbi qulluqçu Abdinov Yəhya Vüqar oğlu erməni əsirliyindən sonra Bakıda reabilitasiya olunaraq evinə dönüb.

Bu gün günorta saatlarında Yəhya Abdinovu yaşadığı kənddə yaxınları və kənd sakinləri qarşılayıb. O, səhhətinin normal olunduğunu bildirib.

Əlibəy Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR