• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:54 4 aprel 2019

Mogerini: "Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini dəstəkləməyə davam edəcək"

"Avropa İttifaqı mediasiya səylərini və ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini tam dəstəkləməyə davam edəcək".

ONA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Mogerini vurğulayıb ki, müzakirə edilən prioritet məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. “Ötən həftə Ermənistan və Azərbaycan liderləri arasında görüşün şahidi olduq. Parisdə əldə olunan razılıq və atəşkəs pozuntusu hallarının azaldılması prosesin irəlilədilməsinə və tərəflərin şərtsiz danışıqları davam etdirməsinə dair bizdə ümid yaradır”, - deyə o əlavə edib.

Aİ komissarı bildirib ki, tək Azərbaycan və Ermənistan vətəndaşları deyil, hər kəs davamlı sülhdən faydalanacaq: "Çünki davamlı sülh bütün regionun öz potensialından istifadə etməsinə şərait yaradacaq".

Rəna

Teqlər:

SON XƏBƏRLƏR