• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:13 22 noyabr 2020

FHN Rusiyadan Şuşa və Xankəndi şəhərlərinə göndərilmiş yardımı müşayiət edib - VİDEO

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

APA FHN-ə istinadən xəbər verir ki, 22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR