Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət bildirib
  • DAĞLIQ QARABAĞ

  • 12:12 11 Mart 2020

Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət bildirib

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir.

“2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, - deyə səfir qeyd edib.

ONA

Teqlər: Fransa səfiri

OXŞAR XƏBƏRLƏR