Fuat Oktay: "Beynəlxalq ictimaiyyət Paşinyanın bəyanatına biganə qalmamalıdır"
  • DAĞLIQ QARABAĞ

  • 18:46 16 Sentyabr 2019

Fuat Oktay: "Beynəlxalq ictimaiyyət Paşinyanın bəyanatına biganə qalmamalıdır"

“Azərbaycan torpaqları üzərindən işğalın qaldırılması üçün həmrəyliyimizi davam etdiririk”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.   

F. Oktay deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, 1 milyon azərbaycanlının torpaqarına qayıtması ən böyük arzularıdır: “Ermənistan Baş nazirinin Dağlıq Qarabağın Ermənistana aid olması barədə bəyanatını da təəccüblə qarşılayırıq. Bu cür bəyanatlara beynəlxalq ictimaiyyətin biganə qalmaması lazımdır. Türkiyə buna səssiz qalmayıb və qalmayacaq”.

 

ONA

Teqlər: Türkiyə Fuat Oktay

OXŞAR XƏBƏRLƏR