Gəncədə Aprel şəhidinin xatirəsi anılıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 16:44 05 Aprel 2019

Gəncədə Aprel şəhidinin xatirəsi anılıb

2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı həyatını itirən Kapitan İnqilab Quliyevin xatirəsi anılıb.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, anım mərasimində Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.

Xatırladaq ki, İnqilab Quliyev 1983-cü il, aprelin 13-də anadan olub. O, 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR