• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    09:26 22 dekabr 2019

Goranboyda avtomobil aşıb

Goranboyda avtomobil aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qızılhacılı kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxan “VAZ” markalı minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan iki nəfər—1979-cu il təvəllüdlü Alik Əhmədov və 1990-cı il təvəllüdlü Orxan Əfşarov rayon xəstəxanasına yerləşdiriliblər. Yaralılar Göygöl rayon sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR