• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:17 31 avqust 2020

Goranboyda baş verən yol qəzasında bir nəfər ölüb


Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri - 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu ölüb, digəri - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR