“Gürcü Arzusu”dan ayrılan deputatlar yeni partiya qurub
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 12:39 27 May 2019

“Gürcü Arzusu”dan ayrılan deputatlar yeni partiya qurub

Gürcüstanda “Gürcü Arzusu”dan ayrılan deputatlar yeni siyasi partiya qurublar. 

ONA-nın yerli bürosunun məlumatına görə, yeni partiyaya “Ədalət” adı verilib. Bu barədə partiyanın qurucularından olan hakim partiyanın sabiq üzvü Eka Beselia keçirdiyi mətbuat konfransında bildirib.

İlk qurultayının iyunda keçirilməsi planlaşdırılan partiyanın qurucuları arasında millət vəkilləri Eka Beselia, Gedevan Popkadze, Zviad Kvaçantiradzenin olduğu bildirilsə də, “Gürcü Arzusu” partyasının başqa üzvlərinin də qoşulması gözlənilir. 

Qeyd edək ki, Gürcüstan Parlamentinin Leqal Məsələlər komitəsinin sabiq rəhbəri Eka Beselia bu ilin fevralında “Gürcü Arzusu”-nun “artıq öz dəyərlərinə xəyanət etdiyini” deyərək, partiyadan ayrılacağını və yeni partiya quracağını bəyan edib. Eka Beselia ilə eyni dövrdə hakim partiyanın üzvü olan başqa millət vəkilləri də üzvlükdən imtina edərək müstəqil millət vəkili kimi fəaliyyətə başlayıb.
 

OXŞAR XƏBƏRLƏR