Gürcüstan XİN Azərbaycanın işğal olunmuş ərazilərində CONİFA tərəfindən keçirilən tədbirə münasibət bildirib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 18:43 03 İyun 2019

Gürcüstan XİN Azərbaycanın işğal olunmuş ərazilərində CONİFA tərəfindən keçirilən tədbirə münasibət bildirib

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində CONİFA tərəfindən keçirilən tədbirə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, Gürcüstan XİN-in məlumatında qeyd edilir: “Tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir. Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları konfederasiyasıdır. Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır. Buna görə Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz”.

Məlumatda həmçinin bildirilir ki, Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu, bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub: “Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Gürcüstan Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir".

OXŞAR XƏBƏRLƏR