• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:40 15 aprel 2020

Gürcüstan XİN: Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq

“Gürcüstan Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir və qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilib. Bəyanatda bildirilib ki, qonşu ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “president seçkiləri”nin ikinci raundunu tanımır.

“Gürcüstan tərəfi qondarma “Dağlıq Qarabağ Respublikası”nı və Azərbaycanın bu regionunda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır. Gürcüstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir”, -deyə bəyanatda bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR