Həmsədrlər Minsk qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb
  • DAĞLIQ QARABAĞ

  • 15:13 01 Mart 2019

Həmsədrlər Minsk qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb

ATƏT-in Minsk qrupu həmsədrləri fevralın 28-dən martın 1-nə kimi Vyana və Bratislavada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı görüşlər keçirib. ONA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekunu ilə bağlı bəyanatında deyilir. Bildirilir ki, onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə ATƏT-in Minsk qrupu ölkələrinin daimi nümayəndələrini, ATƏT-in baş katibi Tomas Qremingeri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakı regiona səfərləri ilə bağlı məlumatlandırıblar.

Məlahət Nəcəfova

Teqlər:

OXŞAR XƏBƏRLƏR