• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:59 20 fevral 2019

Həmsədrlərin regiona səfəri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayıb.

ONA-nın məlumatına görə, vasitəçilər bu gün İrəvana səfər ediblər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan "Armenpress"ə bildirib ki, həmsədrlərin xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü olub.

"Həmsədrlər artıq xarici işlər naziri ilə görüşüblər. Onların baş nazir Nikol Paşinyanla da görüşü olacaq", - deyə A. Nağdalyan bildirib.

Diplomatları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) müşayiət edir.

Vasitəçilər İrəvandan sonra Bakıya səfər edəcəklər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR