• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    23:24 9 iyun 2019

Şəhid olan hərbi qulluqçumuz doğulduğu Gədəbəy rayonunda dəfn olunub - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Xəlilov Elşən Vüqar oğlu bu gün doğulduğu Gədəbəy rayonunun İnəkboğan kəndinin İnzibati Ərazi Dairəsinə daxil olan Qasımlı kəndində dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin şəxsi heyəti iştirak edib.

***

Saat 18:52

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

ONA

Teqlər:

SON XƏBƏRLƏR