Hikmət Hacıyev: “Erməni xalqı kriminal rejimdən qurtulmalıdır”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:55 02 Oktyabr 2020

Hikmət Hacıyev: “Erməni xalqı kriminal rejimdən qurtulmalıdır”

“Erməni xalqı özünün qurban olduğunu başa düşərək, Ermənistandakı kriminal rejimdən qurtulmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 H. Hacıyev deyib ki, son günlər xarici ölkələrdə, xüsusən Yunanıstanda olan erməni əslli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək döyüşəcəyi barədə məlumatlar daxil olur: “Biz həmin dövlətləri Azərbaycana qarşı bu cür təxribatlardan çəkinməyə çağırırıq. Həmin ölkələrin vətəndaşları hərbi əməliyyatlarda çıxış etdiyi halda legitim hərbi hədəflərə çevrilirlər. Həmin dövlətləri vətəndaşlarının bu təxribatlarda iştirakının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Xaricdə yaşayan ermənilərin kiberhücumları var, milyonlarla kiberhücumlar həyata keçirilir”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR