Hikmət Hacıyev: "Ermənistan artıq beynəlxalq humanitar təşkilatları ittiham etməyə başlamışdır"
  • DAĞLIQ QARABAĞ

  • 01:33 05 Noyabr 2020

Hikmət Hacıyev: "Ermənistan artıq beynəlxalq humanitar təşkilatları ittiham etməyə başlamışdır"

"Belə çıxır ki, Ermənistan istintaq komitəsinin sədrinin timsalında Ermənistan artıq beynəlxalq humanitar təşkilatları ittiham etməyə başlamışdır. 84 yaşlı Mişa Melkumyan fiziki yardıma ehtiyac duyduğu halda döyüş meydanında Ermənistan ordusu tərəfindən tənha qoyulub qaçılmışdı. Azərbaycanın beynəlxalq təşkilatlar vasitəsilə 18 oktyabrdan etibarən müraciətinə baxmayaraq, Ermənistan bu şəxsi qəbul etməkdən imtina edirdi. Sözügedən şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinin nümandələrinin də iştirakı ilə həkim müayinəsində olmuşdur".

APA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

"Mişa Melkumyan təbii yolla vəfat etməsəydi, yəqin yaşlı erməni qadın kimi onu da Ermənistan istintaq komitəsinin müstəntiqlərinin fiziki və psixoloji işgəncələri gözləyirdi. Bu hal bir daha Ermənistanın siyasi-hərbi rəhbərliyinin humanist dəyərləri hələ dərk etməkdən çox uzaq olduğunu, 84 yaşlı insanın təbii ölümünü belə siyasi möhtəkirlik obyektinə çevirməkdən çəkinmədiyini göstərir", - H.Hacıyev belə deyib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR