Hikmət Hacıyev: “Xankəndi yaxınlığında düşmənin artilleriya nöqtələri sıradan çıxarılıb”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:25 04 Oktyabr 2020

Hikmət Hacıyev: “Xankəndi yaxınlığında düşmənin artilleriya nöqtələri sıradan çıxarılıb”

“Azərbaycan Silahlı Qüvvələri dəqiq raket zərbələri ilə Azərbaycan ərazisində olan legitim hərbi obyektləri neytrallaşdırır”.

ONA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Vardenisdən və Gorus şəhəri yaxınlığından Azərbaycana raket zərbələri endirilir: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu bütün region üçün təhlükədir. Ermənistanın hazırkı rəhbərliyi də region üçün təhlükədir. Gəncə, Tərtər və digər şəhərlərimizin əhalisi qorxmadan bu hücumlara sinə gərirlər. Bütün bunlar sənədləşdiriləcək və aidiyyəti beynəlxalq təşkilatlara təqdim ediləcək. Azərbaycanın peyk texnologiyası ilə atılan raketlərin trayektoriyası dəqiqləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Xankəndi yaxınlığında düşmənin artilleriya nöqtələri sıradan çıxarılıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır”. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR