• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:46 8 aprel 2021

İƏT azad edilmiş ərazilərdə məscid və məktəblərin bərpasına dəstək verəcək

“Azərbaycanı qələbə münasibəti ilə təbrik edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama bildirib.

Dya-Eddine Said Bamakhrama deyib ki, İƏT 57 üzv dövlətdən ibarətdir və hazırda bu dövlətləri təmsil edirlər: “44 günlük müharibədən sonra ilk dəfə səfər etmək imkanı əldə etdik. Ağdamın tamamilə dağılmış vəziyyətdə olduğunu gördük. Əvvəllər mövcud olan şəhərin yer üzündən silinməsinin şahidi olduq”.

Cibutinin İƏT-dəki daimi nümayəndəsi qeyd edib ki, səfər çərçivəsində Gəncə şəhərində olub, Gəncəyə endirilən raket zərbələri nəticəsində törədilən dağıntıları görüblər: “Səfərdə məqsəd İƏT çərçivəsində qəbul olunan qətnamələrin icrası və Azərbaycan hökumətinin bundan sonra atacağı addımlarla bağlı müzakirələr aparmaq idi. Bundan sonra işğaldan azad edilmiş torpaqlara qayıdışın mümkün olması üçün İƏT çərçivəsində müəyyən proqramların icrası məscidlərin, məktəblərin tikintisini təmin edilə bilər. Azərbaycana dəstəyimiz davam edəcək”.

Dya-Eddine Said Bamakhrama nəzərə çatdırıb ki, İslam məhəbbət, sülh və həmrəylik dinidir: “Azərbaycanın qələbəsini görməyə şadıq. Əlimizdən gələni etməliyik ki, rifah prosesləri sürtələ getsin”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR