İdlibdə hava zərbələri nəticəsində 11 mülki şəxs ölüb
  • DAĞLIQ QARABAĞ

  • 23:10 07 Dekabr 2019

İdlibdə hava zərbələri nəticəsində 11 mülki şəxs ölüb

 

Əsəd rejiminə və Rusiyaya məxsus döyüş təyyarələri İdlibə havadan zərbələr endirib.

APA CNN-ə istinadən xəbər verir ki, rus qırıcıları İdlibin cənubundakı Bara, Belyun, Tehtaya və Hülübbe, Marratinnuman məntəqələrinə, rejim qüvvələri isə Kefrenbil qəsəbəsinə, Əl-Bara, Has, İhsim, Kefermus, Hazarin, Hittit, Birnan və Fervan kəndlərinə hava hücumları edib. 

İdlib Mülki Müdafiə Qüvvələrinin məlumatına görə, bombardman nəticəsində ümumilikdə 11 mülki şəxs həyatını itirib. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Qurbanların sayının artacağı istisna edilmir.

Çox sayda xəsarət alanlar var. Onlar yerli xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, rejim və Rusiya qırıcılarının aviazərbələri səbəbindən son bir həftədə 25 min vətəndaş Türkiyə sərhədinə yaxın bölgələrə üz tutub.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR