İmişlidə 9 naməlum məzarda dəfn edilən şəhidlərə aid meyit qalıqlarının eksqumasiya və ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanıb
  • DAĞLIQ QARABAĞ

  • 17:47 24 İyul 2019

İmişlidə 9 naməlum məzarda dəfn edilən şəhidlərə aid meyit qalıqlarının eksqumasiya və ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanıb

1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli Qərar qəbul edilib. Qərara uyğun olaraq, “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının eksqumasiyası nəzərdə tutulur.

ONA-nın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən verdiyi məlumata görə, bu il iyulun 23-də meyit qalıqlarının eksqumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

ONA

Teqlər: Əsir itkin girov

OXŞAR XƏBƏRLƏR