İcma sədri: “Şuşanın işğalı günündə Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsini pisləyirik"
  • DAĞLIQ QARABAĞ

  • 18:35 10 May 2019

İcma sədri: “Şuşanın işğalı günündə Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsini pisləyirik"

“Biz Şuşanın işğalı günündə Ermənistan baş nazirinin Dağlıq Qarabağa səfər etməsini pisləyirik”. Bu sözləri ONA-ya açıqlamasında “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

“Özünü dünyaya demokratik bir obraz kimi tanıdan rejimin hakimiyyət nümayəndəsinin xüsusilə Şuşanın işğalı günündə Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi, rəqs eləməsi bizə çox toxunur. Eyni zamanda Nikol Paşinyan bəyanatlarından birində vurğulamışdı ki, o, Dağlıq Qarabağ ermənilərini təmsil etmir. Amma öz oğlunu oraya hərbi xidmətə göndərir. Bu onun fikirlərində ziddiyyətin olduğunu göstərir. Bu, tamamilə qəbuledilməzdir”,- deyə icma sədri bildirib.

 Tural Gəncəliyev deyib ki, haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün hələlik  Azərbaycan ərazisində akkreditə olunmuş beynəlxalq təşkilatlarla və səfirliklərlə görüşlər keçirilir: “Hələ ki bizim xarici səfərlərimiz gündəmdə deyil. Beynəlxalq təşkilatlara, Minsk qrupu ölkələrinə səfərlər etməyi düşünürük. Münaqişənin tənzimlənməsinə aidiyyatı olan ölkələrlə işləmək lazımdır”.

OXŞAR XƏBƏRLƏR