II Qarabağ Müharibəsinin qazisi intihar edib
  • DAĞLIQ QARABAĞ

  • 23:33 06 Yanvar 2021

II Qarabağ Müharibəsinin qazisi intihar edib

II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev intihar edib. 

APA-nın məlumatına görə,  o müalicə aldığı hərbi hospitalda özünü asıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR