Azərbaycan prezidenti və Ermənistan baş naziri birbaşa dialoqu davam etdirəcəklər
  • DAĞLIQ QARABAĞ

  • 22:25 29 Mart 2019

Azərbaycan prezidenti və Ermənistan baş naziri birbaşa dialoqu davam etdirəcəklər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

ONA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Vyanada keçirilmiş görüşünün yekunu ilə bağlı bəyanatında deyilir.

Bildirilir ki, hər iki ölkə lideri münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqlar prosesində daha konkret və əlçatan addımlar atmağın vacibliyini vurğulayıblar.

Sərxan Kamallı

Teqlər: ATƏT Azərbaycan Dağlıq Qarabağ

OXŞAR XƏBƏRLƏR