İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 16:12 04 Mart 2019

İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasıminin ONA-nın İran müxbirinə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı ermənilərin Qarabağın işğalını dəstəkləyən plakat açmalarını pisləyən bəyanatı böyük rezonans doğurub.

Bəyanat nəinki Azərbaycan, eləcə də İranın nüfuzlu media orqanlarında geniş işıqlandırılıb.  

B. Qasıminin ermənilərin təxribatçı addımı qarşısında İranın rəsmi mövqeyini əks etdirən bəyanatını İranın rəsmi dövlət agentliyi olan İRNA baş səhifəsində ONA-ya istinadən dərc edib.   

Eyni zamanda qonşu ölkənin tanınmış "Fars", “Tasnimnews”, İSNA, İLNA, "Mehr" və digər agentlikləri bəyanatı ONA-ya istinadən yayımlayıb.

Populyar xəbər portalları, o cümlədən "entekhab", "bartarinha" və s. də bəyanatı ONA-ya istinadən dərc edib.

Diqqət yetirilməli vacib məqam odur ki, İran məhkəmə sisteminin rəsmi xəbər saytı olan “mizanonline” da B. Qasıminin ONA-ya açıqlamasını yayıb.

Bəyanat ölkə daxilində müxtəlif televiziya kanalları və radiolarda da ONA-ya istinadən geniş işıqlandırılıb.

Eyni zamanda bir çox xarici xəbər agentliyi İran XİN-nin etiraz bəyanatını ONA agentliyinə istinadən dərc edib. Onlardan Anadolu Agentliyi, "Ulusal" və digər agentlikləri göstərmək olar.

İranda bu gün çıxan bəzi qəzetlər də İran XİN sözçüsünün bəyanatını ONA-ya istinadən dərc edib.

Və ən nəhayət, İran XİN-in rəsmi internet səhifəsində B. Qasıminin bəyanatı ONA-ya istinadən yerləşdirilib və rəsmi xəbər kanalında yayımlanıb.

Qeyd edək ki, B. Qasımi N. Paşinyanın səfəri zamanı “Ararat” idman kompleksində  erməni dilində bir neçə plakatın açılmasını özbaşına və qəbuledilməz addım adlandırıb, İran İslam Respublikasının bunu dəstəkləmədiyini bəyan edib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində  olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşməsi normal haldır. Lakin "Ararat" idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması özbaşına atılmış addımdır, qəbuledilməzdir”, - deyə o ONA-nın İran müxbirinə açıqlamasında bəyan edib.

Aytən Yusifova

Teqlər:

OXŞAR XƏBƏRLƏR