• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:48 27 may 2019

İspaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ONA-nın xəbərinə görə, məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə xoşbəxtlik və uğurlar, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmid də Azərbaycanın dövlət başçısına məktub göndərib:

“Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Banqladeşlə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, münasibətlərimiz xalqlarımızın istəklərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovun təbrik məktubunda isə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə yeni nailiyyətlərə əsaslanaraq inamla irəliləyir, sabitliyi möhkəmlədir, xalqın rifahını yüksəldir. Respublikanın beynəlxalq və regional arenalarda nüfuzu durmadan artır.

Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə “Odlar Yurdu” arasında çoxəsrlik tarixi əlaqələr, dövlətinizin zəngin mədəni irsi, coğrafi mövqeyi və böyük nəqliyyat-tranzit potensialı onu Şanxay Əməkdaşlıq Təşkilatının təbii tərəfdaşına çevirir.

Əminəm ki, bizim təşkilatın fəaliyyətində Bakının fəal iştirakı sülhü və təhlükəsizliyi möhkəmlətməyə, müasir çağırışlara və təhdidlərə qarşı mübarizəni dərinləşdirməyə, qarşılıqlı iqtisadi və humanitar əlaqələri genişləndirməyə imkan verəcək.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və tərəqqi arzularımı bildirim”.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR