• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:09 5 oktyabr 2020

İqor Korotçenko: “Azərbaycan şəhərlərinin bombalanması, dinc əhalinin hədəf alınması beynəlxalq hərbi cinayətdir”

Rusiyanın Milli Müdafiə Jurnalının baş redaktoru, tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenkonun APA-nın Moskva müxbirinə müsahibəsi.

“DQR” adlandırılan separatçı qurumun lideri Haaqa tribunalı çərçivəsində məsuliyyətə cəlb olunmalıdır”

İqor Yuryeviç, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini, mülki obyektləri, dinc əhalini hədəf almasının sizcə əsas məqsədi nədir?

Hesab edirəm ki, Ermənistanın bir məqsədi var. Yerevan Azərbaycanı anoloji cavab tədbiri görməyə təhrik etmək və bundan sonra isə Azərbaycanın təcazvüzünə məruz qaldığına Rusiyanı inandırmaq məqsədi güdür. Ona görə də, Ermənistanın məqsədi təxribat xarakteri daşıyır. Hərbi əməliyyatların gərginliyindən və şiddətliyindən asılı olmayaraq şəhərlər və mülki insanlar hərbçilərin zərbələr altında qalmamalıdırlar. Bunu beynəlxalq hüquq normaları, Cenevrə Konvensiyası tələb edir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev bəyanatlarının birində bu gün Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu xüsusi vurğulayıb. Rəsmi Bakı işğal altındakı torpaqlar azad olunandan və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəndən sonra həmin ermənilərin təhlükəsizliyinin təmin olunacağını zəmanət verdiyini bəyan edib. Bundan əlavə Azərbaycanın hərbi rəhbərliyi mülki erməni əhalisinin döyüş bölgəsini tərk etməsi üçün dəhlizin verilməsinə hazır olduğunu da bəyan edib. Azərbaycan həmin ermənilərin humanitar hüquqlarının qorunması məsuliyyətini öz üzərinə götürüb və bunu həyata keçirir. Təəssüflər olsun ki, “DQR” adlandırılan qurumun lideri isə əskinə, açıq-aydın Azərbaycan şəhərlərinə zərbələr endirməyə çağırış edib. Onun bu bəyanatı, çağırışı ictimai (publik) olub. Sözsüz ki, bu, beynəlxalq hərbi cinayətdir. Hesab edirəm ki, bu cür çağırışlara görə “DQR” lideri Haaqadakı beynəlxalq hərbi tribunal çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.

“Raketlərin hansı ərazidən atılmasından asılı olmayaraq İrəvan buna görə hərbi və siyasi məsuliyyət daşıyır”

Sizcə, Gəncə, Bərdə, Xızı və Abşerona atılan raketlərin Ermənistan ərazisindən atılmasını sübut etmək mümkündürmu?

Birincisi, Azərbaycan şəhərlərinin Ermənistan ərazisindən vurulmasını texniki kəşfiyyat vasitələri ilə sübut etmək olar. Radiolokasiya və videofiksasiya qurğularının köməyi ilə bu mümkündür. Unutmayaq ki, əgər Dağlıq Qarabağ ərazisindən raketlər atılırsa da, həmin ərazidə Ermənistan Silahlı Qüvvələrinin qoşunları yerləşir. İşğal altındakı ərazilərdə Azərbaycanla təkcə erməni silahlı birləşmələri deyil, həm də Ermənistanın müntəzəm ordusu vuruşur. Baxın, Ermənistan tərəfi rəsmi olaraq müdafiə nazirinin, Ermənistanın digər bir sıra yüksək vəzifələrinin Dağlıq Qarabağda hərbi əməliyyatların idarəetmə məntəqəsində olduğunu açıqlayır. Bu, onu göstərir ki, Dağlıq Qarabağda Azərbaycana qarşı Ermənistan Silahlı Qüvvələri vuruşur. Bu, bir daha Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi şəkildə mövcudluğunu göstərir. Məhz Ermənistan hərbi əməliyyatları koordinasiya edir və aparır. Ona görə də, Azərbaycanın şəhərlərinə zərbələrin haradan endirilməsinə baxmayaraq, fərqi yoxdur, separatçıların nəzarətində olduğu ərazilərdən və ya Ermənistan ərazisindən, buna görə birbaşa Yerevan hərbi və siyasi məsuliyyət daşıyır.

Azərbaycanın şəhərlərinin, dinc əhalsinin bombalanmasına rəsmi Moskvanın mövqeyi necə olacaq?

Gördüyünüz kimi Rusiya hərbi əməliyyatlar başlayandan bərabər məsafəli mövqe tutub. Biz münaqişənin siyasi-diplomatik yolla həllinə çağırırıq. Bununla belə, anlaşılandır ki, yaxın günlərdə siyasi diplomatik vasitələr işləməyəcək. Azərbaycan yeni yeni əraziləri öz nəzarətinə qaytardıqca, onda sülh danışıqları ilə bağlı ilkin şərtlərdən danışmaq olar. Ancaq bu halda, Rusiya maksimal dərəcədə maraqlıdır ki, münaqişə siyasi-diplomatik yolla həlli olunsun. Bir daha qeyd edirəm, Rusiya bu məsələdə ona görə neytral mövqe tutur ki, münaqişənin həllindəki hakim (orbitr) rolunu qoruyub saxlasın.

“Azərbaycanın hərbi komandanlığı əsgərlərin həyatını qoruyu, qarşıya qoyulan tapşırıqları addım addım yerinə yetirir”

Hərbi ekspert kimi Azərbaycanın torpaqlarını işğaldan azad etmək məqsədi ilə keçirdiyi hərbi əməliyyatların gedişatını necə şərh edərdiz? Bəzi rusiyalı dırnaqarası ekspertlər Azərbaycan ordusunun hələ heç bir uğura imza atmadığını bildirirlər.

Anlaşılandır ki, hərbi əməliyyatlar dağlıq ərazilərdə gedir, haradakı Ermənistanın və erməni silahlı birləşmələri 10 illər ərzində tam müdafiə xətti formalaşdırıblar. Burada uzummüddətli mühəndis istehkamları qurulub, əla müdafiə mövqeləri təşkil olunub. Ona görə də, burada tez bir zamanda uğur əldə etmək mümkün deyil. Təbii ki, Azərbaycanın hərbi komandanlığı əsgərlərin həyatını qoruyur. Daha çox məsafədən idarə olunan silahlardan, pilotsuz uçuş aparatları-dronlar, reaktiv yaylım atəş qurğularından, özügəzən haubitsalardan istifadə olunur. Müntəzəm olaraq, addım-adım, ardıcıl olaraq Azərbaycan ordusu qarşısına qoyduğu tapşırıqları yerinə yetirir. Biz, indiki halda, artıq Azərbaycan ordusunun uğurlarını görürük. Həmin uğurlar nəzarətə götürülən ərazilərin, yaşayış məntəqələrinin, strateji yüksəkliklərin simasında materiallaşdırılır. Mən, bir məsələyə də diqqəti çəkmək istərdim. Azərbaycan rəhbərliyin sakit ritorikasını müşahidə edirəm. Həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyinin çıxışlarına diqqətlə izləyirəm. Hər iki tərəfin hərbçilərinin ritorikasına nəzər yetirdikdə, görürüsən ki, Azərbaycan hərbçilərinin ritorikasına heç bir təhqir yoxdur. Azərbaycan hərbi rəhbərliyinin bəyanatları qısa, lokanik, yığcamdır və ən əsası təhqirsiz və isterikasızdır. Məlumdur ki, ancaq güclü tərəf özünü belə aparır. Ermənistan tərəfindən isə biz yumşaq desək, hədələyici, qışqırdıcı, isterik bəyanatların səsləndiyini görürük. Mənə elə gəlir ki, müharibə kimi ciddi məsələlərdə tərəflər daxili ləyaqətə sahib olmalıdırlar. Əminlik və daxili ləyaqətə sahib olmaq düzgünlüyün sinonimidir. Məhz bu cür sakit və əmin mövqeni Azərbaycanın siyasi və hərbi rəhbərliyində görürük”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR