• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:45 17 oktyabr 2019

İqor Popov: "Hesab edirik ki, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabad danışıqlarının nəticələri pis deyil”

ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin regiona səfərinin nəticələri ilə bağlı məlumat verib.

APA-nın məlumatına görə, İ.Popov bildirib ki, həmsədrlərin regiona səfəri bu gün yekunlaşır.

O, srağagün İrəvanda Ermənistan rəhbərliyi, xarici işlər naziri, müdafiə naziri ilə görüşdüklərini deyib: "Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük. Eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümüz oldu. Biz görüşlərdə danışıqlar prosesi ilə bağlı vəziyyəti müzakirə etdik, tərəfləri dinlədik. Bundan başqa, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabadda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı baş tutan danışıqlarının nəticələrini müzakirə etdik. Hesab edirik ki, Aşqabad danışıqlarının nəticələri pis deyil”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR