İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün vəsait ayrılıb - [color=red]SƏRƏNCAM[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:12 03 May 2021

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün vəsait ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR