• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:53 5 mart 2019

Keçən il məcburi köçkün vəsiqəsi alan şəxslərin sayı açıqlanıb

Keçən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 937 manat təşkil edib.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 6,2 dəfə azalaraq, 75 faizdən 12 faizədək enib.

Hesabatda bildirilir ki, keçən il 17 min 785 şəxsə məcburi köçkün statusunu təsdiq edən vəsiqələr verilib. Eyni zamanda 23 rayon (şəhər) icra hakimiyyətinə məcburi köçkünlərə paylanması məqsədi ilə 862 min manat məbləğində humanitar yardım ayrılıb və təyinatları üzrə çatdırılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR