• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:19 9 avqust 2019

Kəlbəcər və Laçın sakinləri adından XİN-ə yazılı bəyanat təqdim olunub

Bu gün Xarici İşlər Nazirliyində (XİN) Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından olan bir qrup məcburi köçkünlə görüş keçirilib.

ONA-nın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib:

“Hər 2 rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edilib. Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR