• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:22 15 noyabr 2020

Kəlbəcərdən çıxan ermənilər meşələrdə ağacları kəsib, Ermənistana daşıyırlar

Kəlbəcərdən çıxan ermənilər yalnız öz evlərini yandırmaqla qalmırlar, onlar ağacları da kəsib özləri ilə Ermənistana aparırlar.

APA bildirir ki, bu məlumatlar “Sputnik Armeniya” portalında dərc edilib.

Portalın əməkdaşı kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıb.

O da qeyd olunur ki, üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmaya görə Kəlbəcəri tərk etməli olan insanlar mikroavtobus, iri yük maşınları ilə oradan hər şeyi daşıyırlar, özləri ilə apara bilmədiklərini isə yandırılar ki, azərbaycanlılara heç nə qalmasın.

ONA

Teqlər:

SON XƏBƏRLƏR