Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 23:25 08 Aprel 2020

Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

XİN başçıları ölkələrində COVID-19 koronavirus pandemiyası ilə bağlı vəziyyəti müzakirə ediblər. Bundan başqa, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə ikitərəfli münasibətlər, KTMT, MDB, Avrasiya İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.

Fərid Əkbərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR