• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:45 17 aprel 2019

Lavrov: "Rəsmi Bakı və Yerevan son razılıqların kağız üzərində qalmamasında maraqlıdır"

“Rəsmi Moskva hesab edir ki, rəsmi Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əldə olunan son razılıqlar kağız üzərində qalmayacaq”.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İviça Daçiçlə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Aprelin 15-də Moskvada keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündəki atmosferdən sonra inanmaq üçün səbəbim var ki, rəsmi Bakı və Yerevan bu dəfə əldə olunan razılıqların kağız üzərində qalmamasında maraqlıdır. Biz bu razılqıların həyata keçirilməsinə kömək edəcəyik",- deyə Rusiya XİN başçısı qeyd edib.

Rusiyalı nazir 2016-cı ildə edilən təkliflərin müzakirəsi məsələsinə də toxunub: "Əgər düz başa düşmüşəmsə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz müsahibələrinin birində bu təkliflərin müzakirə olunduğunu xatırladıb. Ona görə də, mənim buna ümumiyyətlə, əlavə edəcək heç bir sözüm yoxdur. O, ki qaldı bu təkliflərin mahiyyətinə, həmin təkliflər həmsədr ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatlarında qeyd olunan yanaşmaları əks etdirir. Bu təkliflər tərəflərin öz aralarında ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri əsasında razılıqların axtarılmasını nəzərdə tutur. Həmin təkliflərin detalları əlbəttə ki, gizlidir".

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR