• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:55 2 aprel 2019

Lələtəpədə Azərbaycan bayrağını ucaldan hərbçi: “İşğal olunmuş digər torpaqlarımıza da bayrağımızı sancmaq istəyirəm”

2016-cı aprel döyüşlərində Lələtəpəyə Azərbaycan bayrağını sancan hərbçi ONA-ya danışıb.

ONA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan aprel zəfərində Lələtəpə yüksəkliyinə Azərbaycanın üçrəngli bayrağını ilk olaraq sancan hərbçi Asim Əliyevdir.

Asim Əliyevin sözlərinə görə, ermənilərin işğalında olan Lələtəpə yüksəkliyinin alınması barədə komandanlıqdan əmr alanda özü ilə bayraq götürüb. Azərbaycan Ordusunun hərbçiləri yüksəkliyi ələ keçirdiyi an Asim Əliyev üzərində gəzdirdiyi Azərbaycan bayrağını hərbçi dostları ilə birlikdə basdırdığı beton dirəyə bağlayıb: “Mən həmişə üzərimdə Azərbaycan bayrağı daşıyıram. Bayraq bizim canımızdır, qanımızdır, başucalığımızdır. Düşmən Lələtəpəyə bayraq sancmamışdı. Çünki bilirlər ki, o vətən, o torpaq onların deyil. Bu səbəbdən də onlar öz bayraqların orda dalğalandırmırlar. Ən böyük arzum Azərbaycanın işğal olunmuş digər torpaqlarına da Azərbaycan bayrağını sancmaqdır”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR