• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    23:53 11 avqust 2019

Lənkəranda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında şəhərin Qalayçılar məhəlləsi kimi tanınan ərazisində baş verib.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan iri gövdəli ağaca çırpılıb. İlkin məlumata görə, avtomobildə olan 3 şəxsdən biri ölüb, digərləri isə yaralanıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qəza nəticəsində deformasiyaya uğramış avtomobildən ölən və xəsarət alanları xüsusi alət və avadanlıqların köməyilə çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR