Londonda Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 10:24 04 Mart 2019

Londonda Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Londonda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Azərbaycan Evi” ndə (Azerbaijan House) anım tədbiri keçirilib.

ONA-nın London bürosunun verdiyi xəbərə görə, tədbirdə Azərbaycan, Türkiyə və Britaniya diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycan Evinin sədri Ali Tekin Atalar dinc əhaliyə qarşı həyata keçirilən amansız soyqırımın tarixi, törədilmə səbəbləri, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında məlumat verib.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert, antropoloq alim Tamara Draqadze Xocalı soyqırımı ilə bağlı xatirələrini bölüşüb və ermənilər tərəfindən törədilən soyqırımlarının beynəlxalq arenada tanıdılması istiqamətində diaspor nümayəndələrinin üzərinə müəyyən işin düşdüyünü bildirib və onları bundan sonra daha da fəal olmağa çağırıb.

Londonda hüquq təhsili alan Sabir Məmmədov Xocalı soyqırımının hüquqi aspektlərinə toxunaraq “genosid” ifadəsinin tarixi və Xocalı soyqırımının genosidin 10 mərhələsinə necə uyğun gəldiyi ilə bağlı izahat verib. 

Sonda Xocalı ilə bağlı qısametrajlı videoçarx nümayiş olunub.

Aytən Abbaslı

Məlahət Nəcəfova

Teqlər:

OXŞAR XƏBƏRLƏR