• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:45 24 dekabr 2020

Mariya Zaxarova: "Qarabağla bağlı üçtərəfli bəyanat ümumdünya kontekstində ən vacib hadisələrdən biridir"

Fikrimcə Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat təkcə regional deyil, ümumdünya kontekstində ən vacib hadisələrdən biridir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, burada Rusiyanın rolu məlumdur: İstələr, istəməsələr də dünyada bizim ölkənin rolunu və atəşkəsin nail olunmasına verdiyi töhfəni etiraf edirlər. Lakin möcüzə ilə reallıq arasında çox vacib seqment var. Bu, əməkdir. Məhz əmək, səbr, məsuliyyət, mehribanlıq və sevgi möcüzənin sona qədər həyata keçiriləcəyinin qarantıdır. Ona görə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin epoxal bəyanatının arxasında əvvəla nəhəng əmək dayanır. iİkincisi isə bu bəyanatın reallaşdırılması daha çox əməklə bağlıdır, hansı ki, indi həmin əməyin həyata keçirilməsi baş verir. Birbaşa olaraq yerdə çox şeylər etmək lazımdır, hansı ki, bizim sülhməramlılar məşğul olurlar, siyasi trekdə, diplomatlarımız və beynəlxalq təşkilatlar bununla məşğul olur. Ona görə də qarşıda bizi böyük qlobal kompleks iş gözləyir”.

M. Zaxarova Azərbaycan və erməni xalqına ilk növbədə sülh arzulayıb: “Mən bir şeyi bilirəm. Nə vaxt ki, sülh var, çox şeyə nail olmaq olur. Hər şeyə yox, amma çox şeyə... Ona görə də, hər iki ölkəyə təmiz qəlbdən sülh arzulayardım”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR