• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    05:26 10 aprel 2019

Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsi ehtiramla yad edilib

Aprel döyüşlərində şəhid olan Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimi kecirilib.

ONA-nın cənub bürosundan verilən məlumata görə, mərasimdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin göstərdiyi qəhrəmanlıqdan, onun vətən sevgisində söhbət açıblar.

Bildirilib ki, şəhid Firdovsi Bağırzadə 1996-cı ildə anadan olub. O, uşaqlıq illərindən zəhmətə alışan, vətənini sevən oğul idi. 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb və 2016-cı ildə aprelin 2-dən 3-nə keçən gecə isə cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edilib, önünə tər-çiçək dəstələri qoyulub. Şəhidin ruhuna dualar oxunulub. Daha sonra mərasim iştirakçıları Firdovsi Bağırzadənin ev muzeyi ilə tanış olublar.

Qeyd edək ki, Firdovsi Bağırzadə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Masallının Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.


Aytən

Teqlər:

SON XƏBƏRLƏR