Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib
  • DAĞLIQ QARABAĞ

  • 10:49 26 Fevral 2021

Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

ONA xəbər verir ki, paylaşımda deyilir: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR